Azərbaycan boksçusu Alfonso Dominqes Tokio-2020 Yay Olimpiya Oyunlarında 1/4 finala yüksəlib. 

Offsideplus.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançımız ilk görüşündə özbəkistanlı Dilşodbek Ruzmetovla qarşılaşıb. Rəqibinə 4:1 hesabı ilə qalib gələn Dominges adını növbəti mərhələyə yazdırıb. O,  iyulun 30-da baş tutacaq 1/4 final görüşündə türkiyəli Bayram Malkanla üzləşəcək.

Qeyd edək ki, Azərbaycan boksçularından daha əvvəl Cavid Çələbiyev (63 kq) və Məhəmməd Abdullayev (+91 kq) 1/8 finala vəsiqə qazanıb. Tayfur Əliyev (57 kq) və Lorenzo Sotomayor (69 kq) isə mübarizəni dayandırıb.