Mayın 17-də Yunanıstanın paytaxtı Afinada sambo üzrə Avropa çempionatı start götürəcək.
Offsideplus.az xəbər verir ki, 4 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.
Komandamızın baş məşqçisi Bəxtiyar Hacıyev çempionatda 8 idmançıya şans verəcək. Bunlar Ağasif Səmədov (52 kq), Mehman Xəlilov (57 kq), Cavidan Qarayev (62 kq), Emil Həsənov (68 kq), Kamran Əsgərov (74 kq), Ceyhun Hüseynov (82 kq), Nizami Məmmədov (100 kq) və Vasif Səfərbəyovdu (+100 kq).
Yığmamızı döyüş sambosunda isə Ramil Vəliyevlə (74 kq) Nəbi Məmmədov (100 kq) təmsil edəcəklər.