Azərbaycan sərbəst güləşçisi Aleksandr Qostiyev karyerasını başa vurub.
Offsideplus.az xəbər verir ki, təcrübəli idmançı 33 yaşında güləşlə vidalaşmaq qərarına gəlib. Aleksandr Qostiyev 2011-ci ildən Azərbaycan yığmasının uğurları üçün tər töküb. Qostiyev bu müddətdə bir sıra beynəlxalq turnirlərdə qızıl medal qazanıb. O, 2012-ci il Avropa çempionatında bürünc, 2016, 2017 və 2018-ci illərdə isə gümüş medala sahib olub. (Report)
Xatırladaq ki, daha əvvəl Cəbrayıl Həsənov karyerasını başa vuraraq məşqçiliyə başlayıb.