Rusiyanın qarışıq döyüşçüsü Aleksandr Yemelyanenko Çeçenistan rəhbəri Ramzan Kadırovun rinqə çağırışını müsbət cavablandırıb.
Offsideplus.az xəbər verir ki, Yemelyanenko "Istagram" hesabında Kadırovla döyüşə hazır olduğunu bildirərək, qarşılaşma üçün vaxt və yer seçməyi çeçen liderin öhdəsinə buraxıb.
Xatırladaq ki, Ramzan Kadırov Aleksandr Yemelyanenkonu dekabrın 21-də döyüşə çağırıb. O, son zamanlar hamı kimi özünün də Yemelyanenko ilə rinqdə görüşmək arzusunu ifadə edib. Kadırov qarşılaşmadan qalib ayrılmaq niyyətini də ifadə edib.