İranın Mazandaran vilayətinin Behşəhr şəhərində Şəhid Həşim Nejad Kuboku uğrunda beynəlxalq turnir keçirilib.

Offsideplus.az xəbər verir ki, Gürcüstan, Rusiya, Ermənistan və İran komandalarının qatıldıqları turnirdə Azərbaycanı sərbəst güləş üzrə gənclərdən ibarət yığma üzvləri təmsil edib.

Məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında 10 güləşçi mübarizə aparıb. Onlar turniri 2 qızıl, 1 gümüş və 5 bürünc medalla başa vurub.

Davud İbrahimov (70 kq) və Orxan Abbasov (79 kq) qızıl, Alimaqomed Alixmayev (97 kq) gümüş, Əsgər Məmmədəliyev (57 kq), Elmar Kazımov (65 kq), İsmayıl Abdullayev (74 kq), Asxab Həmzətov (92 kq) və Rahid Həmidli (125 kq) bürünc medala yiyələnib.

Ə.Məmmədəliyev həlledici qarşılaşmada ermənistanlı rəqibini yenib. Komanda hesabında Azərbaycan yığması ikinci olub.

Görüşlərin idarə edilməsində ölkəni milli dərəcəli hakim Firqət İbrahimov təmsil edib.