Azərbaycan güləşçiləri Bolqarıstanın Varna şəhərində keçirilən "Dan Kolov - Nikola Petrov" turnirində uğurlu çıxış edərək iki medal qazanıblar.
Offsideplus.az xəbər verir ki, Sadiq Mustafazadə (92 kq) gümüş medal qazanıb. O, ilk turda israilli Uri Kalaşnikova qalib gəlib, sonra bolqarıstanlı Radomir Stoyanova və amerikalı Erik Şultsu üzərində qələbə qazanıb, lakin finalda gürcüstanlı Sandro Kuraşviliyə uduzaraq ikinci yerə çıxıb.
Ceyhun Allahverdiyev (61 kq) isə bürünc medal qazanıb. O, əvvəlcə bolqarıstanlı Dimitar Biserkov və amerikalı Nahşon Qarret üzərində tam üstünlüklə qalib gəlib, yarımfinalda ABŞ-dan olan Devan Törnerə məğlub olub, amma finala çıxmaq üçün bolqarıstanlı Denis Naimi vaxtından əvvəl yenərək bürünc medal əldə edib.