"Santos" klubuna qayıdan Neymarın ilk məşqə helikopterlə gəlməsi ilə gündəm olub.
Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, braziliyalı ulduz məşqlərə çatmaq üçün 500 kilometr yol qət edir. Xavyer Querreronun çəkdiyi görüntülər sosial mediada marağa səbəb olub. Bildirilir ki, oyunçu hələ də Braziliyada ev almayıb.
Xatırladaq ki, Neymar 1,5 il ərzində 7 oyunda forma geyindiyi "Əl-Hilal" klubundan ayrılaraq, Braziliya təmsilçisinə keçid edib.