UEFA Çempionlar Liqasında Liqa mərhələsinin  üçüncü turuna yekun vurulub.

Offsideplus.az xəbər verir ki, “Qarabağ” İspaniya təmsilçisi “Atletik”ə 1:3 hesabı ilə uduzaraq cari mövsümdə ilk məğlubiyyətini alıb.

Hazırda Azərbaycan çempionu ÇL-in sıralamasında 6 xalla 13-cüdür. Beləliklə, təmsilçimiz ÇL-də pley-off zonasında qərarlaşan komandalardan biridir. 

Qeyd edək ki, siyahıya 9 xalla PSJ liderlik edir. Parisliləri eyni xalla “Bayern Münhen”, “İnter”, "Arsenal", "Real Madrid" komandaları izləyir.