"Bavariya" "Leyptsiq"in futbolçusu Dayo Upamekanonu rəsmən transfer edib.

Offsideplus.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb. "Bavariya" 22 yaşlı müdafiəçi üçün 42,5 milyon avro (51 milyon dollar) xərcləyib. Müqavilə müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.

Dayo iyul ayının 1-dən etibarən yeni komandasına qoşulacaq.