"Absheron Lions" bu gün FIBA Europe Cup turnirinin qrup mərhələsində ilk oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, Azərbaycan klubu Bakıda "Kalev"i (Estoniya) qəbul edəcək.

Bakı İdman Sarayında baş tutacaq görüş saat 19:00-da başlayacaq.

Qeyd edək ki, "Absheron Lions" klubunun mübarizə apardığı I qrupunda digər təmsilçimiz "Neftçi" də var. "Ağ-qaralar" dünən səfərdə "Trefl"ə məğlub olub.

FIBA Europe Cup,

I qrupu, 1-ci tur

16 oktyabr (cümə axşamı)

19:00 "Absheron Lions" - "Kalev"