"Neftçi" komandasının baş məşqçisi Vitali Stepanovski "Şəki" ilə oyun barədə (92:68) klubun mətbuat xidmətinə fikirlərini bildirib:
“İlk növbədə bütün oyunçuları, heyət üzvlərini, rəhbərliyi və azarkeşləri təbrik etmək istəyirəm. Bu, çempionatda ilk qələbəmizdir. Oyuna bir qədər gərgin başladıq. Hücumda və müdafiədə bəzi səhvlər etdik. Öz oyunumuzu oynamağa başlayandan sonra hər şey daha asan olacaq və rəqiblərimizi səhvlərindən istifadə edərək daha çox cəzalandırmağa başlayacağıq.
Müdafiədə kifayət qədər yaxşı oynadıq. Əlbəttə ki, bəzi səhvlərimiz oldu. Ancaq hələ də komandanı qurma mərhələsindəyik desək, doğru olar. Bildiyiniz kimi, Marko Sinik komandamıza çox qısa müddət əvvəl qoşulub və bizimlə cəmi bir məşq edib. Son günlər biz yalnız səkkiz oyunçu ilə çalışırdıq. Ümid edirəm ki, hər şey zamanla daha yaxşı olacaq.
Hal-hazırda komandamızda əhval-ruhiyyə və enerji yüksək səviyyədədir. Bu əhval-ruhiyyə ilə də FIBA Avropa Kubokundakı ilk oyunumuza çıxacağıq. Bir daha hamını təbrik edirəm!”



