Məşhur ABŞ-lı tennisçi Serena Uilyams koronavirusla mübarizədə yardım aksiyasına qoşulub.
Offsideplus.az xəbər verir ki, reytinqdə 1-ci olan amerikalı qadın tennisçi tibbi ləvazimatlar paylatdırıb.
38 yaşlı idmançı sosial hesabında Yetunda Prays adına mərkəzə və Uest-Palm-Biçdəki yerli icmalara 45 mindən çox maska göndərdiyini deyib.