"Fənərbağça"nın rəqibi "Yunion" meydana "qaranlıq" formada çıxıb.
Offsideplus.az xəbər verir ki, Belçika təmsilçisi paytaxt Brüsseldə artan "evsizlik" probleminə diqqət çəkmək məqsədi ilə bu addımı atıb.
Belə ki, ilkin olaraq yalnız fiziki fan-şoplarda satışa çıxarılan 1000 ədəd formanın dəyəri 80 avro olub. Bu "qaranlıq" formada hətta sponsor və istehsalçı firmanın da loqoları qara rəngdə əks olunub.
Toplanacaq məbləğ evsiz və küçədə yasayan şəxslərin qayğısına xərclənəcək.
Fərid Əsədzadə, Offsideplus.az üçün