Artur Kabral karyerasını İtaliyada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, "Torino" ulduz futbolçunu heyətinə cəlb etmək istəyir.
Bu barədə "Foot Mercato" məlumat yayıb.
Turin təmsilçisi oyunçunu 10 milyon avroluq satınalma şərti ilə icarəyə götürməyi planlaşdırır.
Artıq Kabralın keçidini həll etmək üçün klublar arasında danışıqlar prosesi başlayıb.