AEL "Neftçi"nin sabiq futbolçusu Vangelis Platellasla yollarını ayırır.

Offsideplus.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, rəhbərlik bəzi futbolçularla müqavilələrə xitam vermək qərarına gəlib. "Qara siyahı"da Platellasın da adı var. Klubun Platellasla vidalaşacağı yazılıb.

Qeyd edək ki, yunan yarımmüdafuəçi 2020-ci ilin avqustundan formasını geyindiyi Larissa təmsilçisində 13 matç keçirib.