"Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiola "Barselona"nın onunla maraqlanması xəbərinə reaksiya verib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis köhnə klubunun onu yenidən komandaya qaytarmaq təklifinə fikir bildirib:"Barselona"da baş məşqçilik dönəmim çoxdan bitib.Həyatda bəzi şeyləri bir dəfə etmək daha gözəldir.Komandanın başında Kuman kimi möhtəşəm insan var.Ona uğurlar arzulayıram..."