Futbolçular, xüsusən də ulduz futbolçular klublarını tərk edərkən bəzən azarkeşlər tərəfindən "xain" kimi qəbul edilirlər. Lakin bu kin oyunçu geri dönən kimi tamamilə yoxa çıxır, azarkeşlər keçmiş oyunçularını sevinclə qarşılayır.

Offsideplus.az keçmiş klubuna geri dönən məşhur futbolçuları təqdim edir.

Mats Hummels

WhatsApp Image 2020 09 03 at 16.33.01

Karyerası boyunca adı yalnız iki komandada keçən Mats Hummels "Borussiya Dortmund" və "Bavariya klublarının oyunçusu olub. "Bavariya" yetişdirməsi olan Hummels 2009-cu ildə "Borussiya"ya transfer olur. 2016-ci ildə keçmiş klubuna dönən Mats Hummels 2019-cu ildə yenidən "Borussiya Dortmund"a transfer edilib. Hazırda karyerasını "Borussiya Dortmund"da davam etdirir.

 

Mario Götze

WhatsApp Image 2020 09 03 at 16.33.00 6

2009/13 illərdə "Borussiya"da çıxış edən Götze 2013-cü ildə "Bavariya"ya transfer edilir. Oyunçu 2019-cu ildə keçmiş komandası ilə bir illik müqavilə imzalayır. Alman futbolçu hazırda azad agent statusu daşıyır.

 

Dieqo Koşta

WhatsApp Image 2020 09 03 at 16.33.00 5

2007/09 və 2010/14 illərdə "Atletiko Madrid"də oynayan futbolçu 2017-ci ildə keçmiş klubuna üçüncü dəfə geri dönüb.

 

Ueyn Runi

WhatsApp Image 2020 09 03 at 16.33.00 4

Peşəkar karyerasına "Everton"da başlayan Runi "Mançester Yunayted"də möhtəşəm mövsümlər keçirəndən sonra 2017/18 sezonunda yenidən "Everton"da forma geyinib.

 

Pol Poqba

WhatsApp Image 2020 09 03 at 16.33.00 3

2011/12-ci illərdə "Mançester Yunayted"də oynayan Pol Poqba ardınca "Yuventus"da oynayır, 2016-cı ildə keçmiş komandasına geri dönür.

 

Tyerri Anri

WhatsApp Image 2020 09 03 at 16.33.00 2

Karyerasının ən yaxşı dönəmini "Arsenal"da keçirən Anri 8 il bu klubda oynayandan sonra "Barselona"ya transfer olundu. 2010-cu ildə "Nyu-York Red Bulls" klubuna transfer olunan oyunçu 2012-ci ildə "Arsenal"a icarəyə verildi.

 

Canluici Buffon

WhatsApp Image 2020 09 03 at 16.33.00 1

17 il "Yuventus"un qapısını qoruyan Canluici Buffon İtaliya klubunda 500-dən çox oyuna çıxdı. Ulduz futbolçu 2018-ci ildə PSJ-yə transfer ediləndən bir il sonra keçmiş klubuna geri döndü.

 

İvan Rakitiç

WhatsApp Image 2020 09 03 at 16.33.00

"Barselona"nın ulduz oyunçusu 2011/14 illərdə "Sevilya" klubunda çıxış etmişdi. İvan Rakitiç bir neçə gün öncə keçmiş klubu ilə yenidən bir araya gəlib.