"ONDA VƏ İNDİ" layihəmizin bu dəfəki buraxılışı 10 ildən çoxdur ki, Çempionlar Liqasında iştirak etməyən və son olaraq 2008/2009 mövsümündə Avropanın ən nüfuzlu klub turnirində çıxış etmiş "Fənərbağça"ya həsr olunur.
Həmin dövrdə ispaniyalı mütəxəssis Luis Araqonesin rəhbərliyi altında mübarizə aparan "sarı-larcivərtlilər" 2 bərabərlik və 4 məğlubiyyətlə "G" qrupunda sonuncu yeri tutmuşdu.
İstanbul təmsilçisi 2 xalı səfərdə "Arsenal" və doğma meydanda Kiyev "Dinamo"su ilə heç-heçə oynadığı görüşlərdə qazanmışdı.
Bu videoda siz "Fenerbahçe"nın son dəfə Çempionlar Liqasında iştirak edən heyəti ilə tanış olacaqsınız. Həmin futbolçular kimlər idi və onların indiki taleyindən nə xəbər var?