Offsideplus.az-ın məlumatına görə, həmin mükafata Hollandiya millisinin və "Ayaks"ın 22 yaşlı yarımmüdafiəçisi Frenki de Yonq sahib olub.

Lakin onun komandası Millətlər Liqasının qalibi ola bilməyib. "Narıncılar" finalda Portuqaliyaya 0:1 hesabı ilə uduzaraq, gümüş medalla kifayətləniblər. Bürünc medalı isə İngiltərə əldə edib.

Millətlər Liqasının ən yaxşı oyunçusu adına isə Portuqaliya millisinin və İngiltərənin "Mançester Siti" klubunun üzvü Bernardu Silva layiq görülüb.