Offsideplus.az xəbər verir ki, dünyaşöhrətli memar Zah Hədidin layihəsi əsasında tikilən və bu ilin mayında təhvil verilən stadion yarım milyarddan baha başa gəlib.

Tikintisi 5 il davam edən (2014-2019) 40 min azarkeş tutumlu möhtəşəm arenanın inşasına 575 milyon dollar xərclənib.

Burada artıq ilk rəsmi görüş də keçirilib. Qətər Əmirliyi Kubokunun "Əl Düheyl" - "Əl Sədd" finalı məhz "Əl Cənub" stadionunda keçirilib və əfsanəvi Xavinin rəhbərlik etdiyi ikincilər kuboku qazanıblar.

İlgili resim