Offsideplus.az "Reuters"ə istinadən xəbər verir ki, Avstraliya Futbol Federasiyası mundialın keçirilməsi üçün birgə sifariş verilməsi barədə İndoneziya Futbol Assosiasiyası ilə danışıqlar aparıb. Nəticədə tərəflər arasında razılıq əldə olunub.

Avstraliya daha öncə DÇ-2022 üçün müraciət etsə də, yalnız bir səs toplaya bilib. Bu hüquqa isə Qətər yeyələnib.

2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə olacaq. 2030-cu il mundialını isə Cənubi Amerika və Şərqi Avropa ölkələri daxil olmaqla, bir neçə ölkə təşkil etmək variantlarını irəli sürüb.