Offsideplus.az xəbər verir ki, təmsilçimiz A qrupunda keçirilən “Sürix” (İsveçrə) – “Bayer” (Almaniya) qarşılaşmasında ədaləti qoruyub. Məhsuldar keçən görüşdə 5 qol vurulub. 3:2 hesabı ilə qalib gələn meydan sahibləri ardıcıl 3-cü qələbəsini qazanıb.

Ağayev bu matçda 4 sarı vərəqə göstərib. O, iki dəfə meydan sahibi, iki dəfə qonaq komandanı cəzalandırıb.