Offsideplus.az AFFA-nın saytına istinadən xəbər verir ki, FIFA referisi A qrupunda keçiriləcək "Sürix” (İsveçrə) – "Bayer” (Almaniya) oyununu idarə edəcək. Yan xətt hakimləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq. 

Qeyd edək ki, oktyabrın 25-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:55-də başlayacaq.