Offsideplus.az xəbər verir ki, Çempionlar Liqasında 16, Avropa Liqasında isə 24 qarşılaşma baş tutub ki, bu da cədvəldə bəzi dəyişikliklərə yol açıb.

APOEL-in “Qarabağ” üzərindəki qələbəsi sayəsində Kipr 15-ci yerə yüksəlib. Azərbaycanın mövqeyi isə dəyişməyib. “Qarabağ” Avropa Liqasında bu turda məğlub olduğundan, aktivimizə xal gəlməyib. Azərbaycanın son 5 ilin nəticələrinə görə hesablanan reytinqi 18,500-dü. Ölkəmiz bununla Avropada 26-cı sırada qalıb.