Offsideplus.az xəbər verir ki, Romada keçiriləcək qarşılaşmadan əvvəl iki “Seltik” azarkeşi bıçaqlanıb. 35 və 52 yaşlı şotland azarkeşlərin gecə irlandiyalılara məxsus bir barın çıxışında bıçaqlandığı bildirilir.

Qeyd edək ki, “Latsio” – “Seltik” oyunu saat 21:55-də start götürəcək. Qarşılaşmada “Seltik”i 9 min şotland azarkeşin dəstəkləyəcəyi gözlənilir.