Offsideplus.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Riçard Almeyda UEFA Avropa Liqasının III turunda Kipr APOEL-i ilə Bakıda 2:2 hesablı heç-heçədən sonra söyləyib.

Azərbaycan millisinin Braziliya əsilli yarımmüdafiəçi gözəl oyun sərgilədiklərini və çoxlu qol vəziyyətləri yaratdıqlarını bildirib: "Kiprdə qələbə qazanmaq üçün burdakından üç dəfə yaxşı oynamalıyıq. "Qarabağ"ın heyətində meydanda ikinci ən yaşlı oyunçu idim? Yaş kağız üzərində olur. Əgər düzgün qidalanıb, orqanizmini qoruyursansa, peşəkar futbolçuya xas olan bütün işləri görürsənsə və mükəmməl ailən varsa, yaş önəmli olmur. Mənə elə gəlir ki, bəxtləri gətirdiyi üçün Bakıdan gülərək getməlidirlər. Amma yenə də xalsız qalmaqdansa, 1 xal da qənimətdir. Başımızı yuxarı qaldırmalıyıq. Bayaq da dediyim kimi, Kiprdə xal və ya xallar qazanmaq üçün bundan yaxşı çıxış etməliyik. İrəli baxmalıyıq. Dörd gün sonra çempionatda "Səbail"ə qarşı oyunumuz var. Həyat davam edir"

Almeyda "Avrokubokda 30 min, çempionatda isə 300-500 azarkeşin qarşısında oynamaq çıxışınıza nə dərəcədə təsir edir" -sualına belə cavab verib: 'Fərq eləmir. Əgər meydana çıxırsansa, tribunada 10 və ya 40 nəfərin olmasının heç bir önəmi yoxdur. Qarşındakı rəqibin "Sevilya", APOEL və ya "Səbail"in olmasının da fərqi yoxdur. "Qarabağ" olaraq, hər zaman qələbə barədə düşünmüşük. 6 ildir ancaq inkişafı düşünərək, bu səviyyəyə gəlmişik. Bundan sonra da belə olacaq".