Offsideplus.az UEFA-nın saytına istinadən xəbər verir ki, 32 yaşlı hakim Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək "Ludoqorets" - "Espanyol" qarşılaşmasını idarə edəcək. Bolqarıstanın Razqrad şəhərində oynanılacaq matçda ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.

Bu görüş qrup liderliyi baxımından əhəmiyyətlidir. Hazırda birinci olan "Ludoqorets"in 6, 2-ci sıradakı "Espanyol"un isə 4 xalı var.

Qeyd edək ki, oyun oktyabrın 24-də "Ludoqorets Arena"da keçiriləcək