Offsideplus.az xəbər verir ki, bu ada IV turda “Real Madrid”in Türkiyə təmsilçisi “Qalatasaray”ı İspaniyada 6:0 hesabı ilə məğlub etdiyi görüşdə 3 qol vuran Rodriqo layiq görülüb. 18 yaşlı braziliyalı hücumçu azarkeşlər arasında aparılan səsvermədə mərakeşli Əşrəf Hakimi (Dortmund “Borussiya”sı, Almaniya), kosta-rikalı Keylor Navas (PSJ, Fransa) və cənubi koreyalı Son Xın Mini (“Tottenhem”, İngiltərə) qabaqlayıb.