Offsideplus.az xəbər verir ki, 27 yaşlı hücumçu kameraya yaxınlaşaraq üzrxahlıq jesti edib. Böyük ehtimalla o, bu jesti “Everton”un hücumçusu Andre Qomeşə göndərib.

Xatırladaq ki, ötən bazar günü Premyer Liqada “Everton”la görüşdə Sonla mübarizədən sonra Qomeşin ayağı qırılıb. Bundan sonra koreyalı futbolçu qırmızı vərəqə alıb meydanı tərk edərkən ağlamağa başlayıb. Stadionu isterika içində tərk etdikdən sonra isə o, ümumiyyətlə, telefonu söndürüb və atası evinə gedib. “Tottenhem” futbolçusunu bu durumdan çıxarmaq üçün psixoloq tutub. Futbolçunun bu səbəbdən sözügedən qarşılaşmada meydana çıxmamaq ehtimalı da var idi.