Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssis 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatından sonra məşqçi karyerasını bitirəcəyini bildirib. O, yığmanın son olaraq 2002-ci ildəki mundiala qatıldığını xatırladıb: "Həmin vaxt 48 il sonra dünya çempionatına iştirak etdik. Ümid edirəm ki, 2022-ci ildə də qatıla bilərik. Bu, mənim üçün final olacaq. Mətbuatdakı dostlara da manşet olsun".