Offsideplus.az xəbər verir ki, Salah indi "Liverpul" forması ilə adından söz etdirsə də, misirli futbol ulduzunun hekayəsinin başlanğıcı stadionda yaşanan faciə ilə başlayıb.

Ən azı 72 nəfərin öldüyü, yüzlərlə insanın yaralandığı hadisələr sonrası Misir Liqasında fasilə yaranır. Digər futbolçular kimi Salah da karyerasında kiçik bir fürsəti belə şamla axtardığı vaxt İsveçrənin "Bazel" klubundan Misirin U-23 yığması ilə yoldaşlıq oyunu təklifi gəlir. Oyunun ikinci hissəsində meydana daxil olan və dubl edən Salah "Bazel"in prezidentinin və idman direktorunun diqqətini çəkir:

"Bazel"in prezidenti Hesler Salahın həmin gün çıxışını belə xatırlayır: "O gün meydanda gördüklərimi heç vaxt unutmayacağam. Elə təsirlənmişdik ki... Baxmayaraq ki, ikinci hissədə meydana daxil olmuşdu, ancaq həyatım boyu belə sürətə malik oyunçu görməmişdim".

Afrikalı Messinin Avropaya uzanan yolçuluğu bu oyundan sonra başlayır. 2014-cü ildə "Çelsi"nin diqqətini çəkən ulduz futbolçu "mavilər"in heyətində axtardığını tapa bilməsə də,  sıra ilə "Fiorentina" və "Roma", indi isə "Liverpul"da hekayəsini yazmağa davam edir.