Offsideplus.az xəbər verir ki, Fransanın Paris şəhərində qələbəni qeyd edən əlcəzairli azarkeşlərlə polis arasında qarşıdurma yaranıb. İğtişaşlar zamanı 198 əlcəzairli azarkeş polis tərəfindən saxlanılıb.

25 minə yaxın əlcəzairli fanat isə qələbəni Marsel şəhərində toplaşaraq, qeyd edib.

Əlcəzairin Nigeriyanı 2:1 hesabıyla məğlub edərək, finala vəsiqə qazandığı matçdan sonra da Fransada 200-dən çox azarkeş polis tərəfindən həbs edilmişdi.