Offsideplus.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, turnirin oyunlarını idarə edəcək hakimlərə sonda sertifikatlar təqdim olunacaq. 42 hakim və hakim köməkçisinin dəvət aldığı turnirdə ölkəmizi FİFA referisi Əliyar Ağayev, FİFA hakim köməkçiləri Akif Əmirəli və Zeynal Zeynalov təmsil edəcək.