Offsideplus.az xəbər verir ki, bu sözləri "Zirə"nin futbolçusu Anastasios Papazoqlu  müsahibəsində deyib.

O, Bakının gözəl şəhər olduğunu söyləyib: "Burada olduğum üçün çox şanslıyam. Həyat keyfiyyəti çox yaxşıdır. Hər yerdə inkişaf var. Belə davam edərsə, 4-5 il sonra Bakının Dubaya çeviriləcəyini düşünürəm".

31 yaşlı müdafiəçi bildirib ki, ilk andan Bakıdakı insanlar onu rahat hiss etdiriblər: Hər gün mənə hər şeydə kömək edirlər. Deyə bilərəm ki, asanlıqla uyğunlaşdım. Çox gözəl insanları var".

Papazoqlu Azərbaycan çempionatının səviyyəsi barədə verilən sualı belə cavablandırıb: "Bura Yunanıstandan fərqlidir. Ancaq səviyyə daim yüksəlir. Yunanıstanda zəif olan təşkilatçılıq burada yaxşıdır".

O, şəxsi hədəfi barədə bunları deyib: "Hədəfim komandanın çempionatı ilk "dördlük"də başa vurmasına kömək etməkdir. Buna görə komandaya gəldim. Avropada çıxış etmək istəyirik. Komandanın və mənim məqsədim budur".

Yunanıstanlı müdafiəçi Yunanıstana qayıtmağı düşünmədəyini vurğulayıb: " Bu, mənim planlarımda yoxdur. Ancaq gələcəkdə nələrin baş verə biləcəyini heç vaxt bilmirsən".

Qeyd edək ki, Anastasios Papazoqlu bu ilin yayında "Zirə" ilə bir illik müqavilə imzalayıb.(qol.az)