Offsideplus.az xəbər verir ki, paytaxt klubu sabiq futbolçusu Riçard Qadzeni transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Azad agent statusu daşıyan 25 yaşlı qanalı hücumçu ilə 1+1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, Qadze daha əvvəl – 2017-ci ilin yanvarından 2018-ci ilin iyununa kimi “Zirə”də çıxış edib.