Offsideplus.az xəbər verir ki, Kamil Əliyev uzunluğa tullanmaq üzrə T12 kategoriyasinda 7.00 metr nəticə göstərib.

Dünya çempionatında üçüncü yerə çıxan Kamil Əliyev Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb. Beləliklə paralimpiya oyunlarına lisenziya qazanan idmançılarımızın sayı 5-ə yüksəlib.

Qeyd edək ki, dünya çempionatı noyabrın 15-ə qədər davam edəcək. Növbəti günlərdə digər idmançılarımız da yarışlara qatılacaqlar.