UEFA Region Kuboku turnirinin 2020/2021-ci il mövsümü üçün püşkatma mərasimi keçirilib.

Offsideplus.az xəbər verir ki, A qrupunda yer alan təmsilçimiz Sumqayıtın "Uğur" komandası ilkin təsnifat mərhələsində Gürcüstan, Estoniya və İsveç klubları ilə qarşılaşacaq.

Bu qrupun oyunları iyulun 21-də, 24-də və 27-də İsveçdə keçiriləcək. Komandamız ilkin qrup mərhələsinin qalibi kimi növbəti mərhələyə vəsiqə qazanarsa, Çexiya, Ukrayna və Bosniya və Herseqovina, ikinci pillənin sahibi kimi mübarizəni davam etdirərsə, Rusiya, Bolqarıstan və Uels klubları ilə görüşəcək.

Qeyd edək ki, "Uğur"  Region Liqasının 2018/2019 mövsümünün qalibi olub.