Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib
Offsideplus.az xəbər verir ki, Siyasət Əsgərovun çalışdırdığı komandamız Varşavada Polşa millisi ilə qarşılaşıb.
Adıçəkilən yığmalar arasında bu ilin martın 25-də "ASK Arena"dakı görüş rəqibin 5:0 hesabıyla qələbəsiylə nəticələnmişdi. Xalsız və qrup autsayderi olan millimizin növbəti matçı 4 gün sonra - oktyabrın 27-də səfərdə Çexiya yığmasına qarşı olacaq.
 
AÇ-2021-in seçmə mərhələsi
23 oktyabr
 
19:00. Polşa - Azərbaycan  3:0  (M.Mesyas. 43, V.Zavistovska. 47, 65)
Hakimlər: TANYA SUBOTİÇ, Helena Buh, Sladyana Yoviçiç, Aleksandra Çesen (hamısı Sloveniya)