Millətlər Liqasında bu ay İtaliya və Polşa yığması ilə qarşılaşacaq Portuqaliya millisinin heyəti bəlli olub. 

Offsideplus.az xəbər verir ki, yığmaya 25 futbolçu çağırılıb. Komandanın kapitanı və lider Kristiano Ronaldonun adı siyahıda yer almayıb.

Qapıçılar: Betu (“Göztəpə”), Klaudio Ramos (“Tondela”), Ruy Patrisiu (“Vulverhempton”)

Müdafiəçilər: Sedrik Soareş (“Southempton”), Joau Kanselu (“Yuventus”), Luiş Netu (“Zenit”), Joze Fonte (“Lill”), Mariu Ruy (“Napoli”), Pepe ( “Beşiktaş”), Rafael Gerreyro (“Borussiya” D), Ruben Diaş (“Benfika”)

Yarımmüdafiəçilər: Andre Qomeş (“Everton”), Bruno Fernandeş (“Sportinq”), Danilu Pereyra (“Portu”), Joau Mariu (“İnter”), Pissi (“Benfika”), Renatu Sanşeş (“Bavariya”), Ruben Neveş (“Vulverhempton”), Vilyam Karvalyu (“Betis”)

Hücumçular: Andre Silva (“Sevilya”), Bernardu Silva (“Mançester Siti”), Bruma (“Leptsiq”), Qonsalu Quedeş (“Valensiya”), Rafa Silva (“Benfika”), Antonio Eder (“Lokomotiv”)

Qeyd edək ki, Portuqaliya millisi noyabrın 17-də İtaliya, 3 gün sonra isə Polşa ilə qarşılaşacaq.