19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.

Offsideplus.az xəbər verir ki, Bakıda təlim-məşq toplanışında olan Vüqar Məmmədin yetirmələri “Keşlə”nin U-17 komandası ilə qarşılaşıb.

Yığmamız 7:1 hesablı qələbə qazanıb. Emil Qasımovun het-trik etdiyi oyunda digər qolları Xəqani Sadıqov, Turan Vəlizadə, Murad Mahmudov və Kamran Quliyev vurub.