Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazinin UEFA Millətlər Liqasının qrup mərhələsində VI turun Lüksemburqla oyunu öncəsi Albaniya seçməsi barədə səsləndirdiyi fikirlər albanların xoşuna gəlməyib.

Offsideplus.az xəbər verir ki, albaniyalı azarkeşlər italiyalı mütəxəssisin açıqlamasını təəccüblə qarşılayıblar.

Xatırladaq ki, 2011 - 2017-ci illərdə Albaniya millisinə başçılıq edən 63 yaşlı baş məşqçi mətbuat konfransında "Futbolçulara anlatdım ki, mən onlardan daha zəif heyətlə Avropa çempionatının final məhələsinə vəsiqə qazanmışam" demişdi.