Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarov Almaniya mətbuatına son dövrlərdə millimizdən kənar düşməsi ilə bağlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, 2-ci bundesliqa təmsilçisi “Ersgebirge”də çıxış edən 30 yaşlı futbolçu durumu üzücü olaraq qiymətləndirib:

“İndi xüsusi vaxtdır və hər şey çox incədir. Belə məqamda bu kimi qərarlar verilməlidir. Karantin tədbirləri səbəbindən Almaniyaya qayıtdıqdan sonra yoluxma və ya müvəqqəti məşqdən kənarda qalmaq riski çox böyükdür. Hazırda millidə oynamağıma icazə verilməməsi mənim üçün üzücüdür. Ancaq buna məcburam. Tezliklə vəziyyətin müəyyən dərəcədə yaxşılaşacağına ümid edirəm”.
Qeyd edək ki, Dmitri Nazarov millinin həm oktyabrdakı, həm də bu aydakı oyunlarına dəvət edilməyib. O, bu mövsüm geridə qalan 7 tur ərzində “Ersgebirge”də cəmi 4 oyunda forma geyinib.