Azərbaycan millisinin üzvü Ramil Şeydayev Monteneqro ilə qolsuz heç-heçə etdikləri oyundan sonra paylaşım edib.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı hücumçu "Instaqram" hesabında Lüksemburqla oyuna hazırlaşdıqlarını və qələbə üçün mübarizə aparacaqlarını bildirib:

"Biz öz evimizə 3 xalı gətirə bilmədik, amma ruhdan düşmürük və növbəti Lüksemburqla olan oyuna hazırlaşırıq. Biz bir komandayıq və birlikdə uğura nail olacayıq! Mütləq!"

Qeyd edək ki, Lüksemburq - Azərbaycan oyunu noyabrın 17-də  Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.