UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 17-də, saat 23:45-də “Josy Barthel” stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan oyunu ərəfəsində hər iki komandanın keçirəcəyi mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtları açıqlanıb.

Offsideplus.az vaxtları diqqətinizə çatdırır:

Azərbaycan milli komandası

16 noyabr

Saat 19:30. Mətbuat konfransı

Saat 20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Lüksemburq milli komandası

16 noyabr

Saat 17:00. Mətbuat konfransı

Saat 21:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Saatlar Bakı vaxtı ilə göstərilib. (affa.az)