Milli komandaların FİFA reytinqi açıqlanıb.

Offsideplus.az xəbər verir ki, Azərbaycan yığması ötən ayla müqayisədə 2 pillə geriləyib. Canni de Byazinin yetirmələri  1175 xalla 114-cü sırada qərarlaşıb. 2 xal itirən komandamız Niger və Tailandı özündən qabağa buraxıb.

Qeyd edək ki, ilk üç pillədə dəyişiklik olmayıb. Belçika (1765), Fransa (1752) və Braziliya (1725) siyahıya başçılıq edir.