Tnaınmış italiyalı mütəxəssis Klaudio Belluççi Azərbaycan yığmasında baş məşqçi təyin olunacağı gözlənilən Canni de Byazinin köməkçisi olacağını təsdiqləyib.

Offsideplus.az xəbər verir ki, bu barədə Belluççi  açıqlamasında məlumat verib:

“Onsuz da de Byazi ilə bir il işləmişəm, indi hərəkətə keçmək və iş vaxtıdır. Bu, bizim üçün bir fürsətdir”.

Qeyd edək ki, millimizə baş məşqçi təyin olunacağı gözlənilən Canni de Byazinin digər köməkçiləri Benni Karbone və Arif Əsədov olacaq.