17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası UEFA İnkişaf turnirində ikinci oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, komandamız Şotlandiya millisi ilə qarşılaşıb.

Maltada təşkil olunan turnirə Cəbəllütariq üzərində 2:0 hesablı qələbə ilə başlayan Azərbaycan millisi bu dəfə acınacaqlı məğlubiyyətlə üzləşib - 0:7.

Qeyd edək ki, Azərbaycan millisi fevralın 26-da keçirəcəyi son turun matçında Malta ilə üz-üzə gələcək.