Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib.

Offsideplus.az xəbər verir ki, oyun yığmamızın qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu Camal Cəfərov vurub.

 Qeyd edək ki, milli bundan əvvəl "Alnyaspor"un 19 yaşlılardan ibarət kollektivi ilə qarşılaşıb və 4:2 hesabı ilə qalib gəlib.

Yoxlama oyunu

25 yanvar

18:00 Azərbaycan U-19 – Şimali Makedoniya U-19 1:0

Qol: Camal Cəfərov
Türkiyə, Antalya