Türkiyədə təlim-məşq toplanışı davam edən 19 yaşlılardan ibarət milli komandamız bu gün yoxlama görüşündə qüvvəsini sınayıb.

Offsideplus.az xəbər verir ki, Samir Əliyevin yetirmələri “Alanyaspor”un U19 komandası ilə qarşılaşıb. Yığmamız görüşdən 4:2 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, Azərbaycan millisi 25 və 27 yanvarda isə Şimali Makedoniyanın U-19 yığması ilə qarşılaşacaq.