Mayda baş tutacaq Türkiyə və Azərbaycan millilərinin yoldaşlıq görüşün keçirilməsi üçün 2 namizəd şəhər var.

Offsideplus.az xəbər verir ki, qarşılaşma Antalya və ya Alanya şəhərlərindən birində keçirilə bilər.

Bu barədə məlumatı Türkiyə millisinin baş məşqçisi Şenol Günəş verib. O, "A Spor" kanalına açıqlamasında oyunun bu şəhərlərdən birindən keçiriləcəyini bildirib.

Qeyd edək ki, Türkiyə millisi Avropa Çempionatının 2 qarşılaşmasını Bakıda oynayacaq.